Fiziki dünyayı rəqəmsala bağlayan texnologiyalar yaradırıq. AR QR, rəqəmsal vizitkartlar və ağıllı menyular — hamısı bir platformada.
Missiyamız
Hər bir biznesi və fərdi istifadəçini ən sadə, ən güclü QR texnologiyası ilə gücləndirmək. Fiziki materialları interaktiv rəqəmsal təcrübələrə çevirərək insanların ünsiyyət, marketinq və satış üsullarını dəyişmək.
Vizyonumuz
Hər çap məhsulunun arxasında rəqəmsal bir həyat olsun. Fotoqrafdan restorana, korporativ şirkətdən frilansərə qədər — hər kəsin QR kodlarla daha çox dəyər yaratdığı bir ekosistem qurmaq.
Əsas Funksionallıqlar
AR QR Yaradıcı
Şəklinizi yükləyin, videonu bağlayın və bir neçə saniyədə fiziki şəkli canlandıran AR QR kod yaradın.
Dinamik QR İdarəetmə
Yaradılmış QR kodların hədəf linkini istədiyiniz zaman dəyişdirin — yenidən çap etmədən. Bütün skanları real vaxtda izləyin.
Rəqəmsal Vizitkart
Kontakt məlumatlarınızı bir skan ilə paylaşın. Vəzifəniz dəyişdikdə paneldən yeniləyin, çap olunmuş QR eyni qalır.
Analitika Paneli
QR kodlarınızın neçə dəfə, haradan və hansı cihazdan skan edildiyini ətraflı statistika ilə izləyin.
Hekayəmiz
Bir QR kodun arxasında nələr gizlənə biləcəyini düşünməklə başladıq.
Azərbaycanda ilk olaraq şəkli videoya çevirən AR QR texnologiyasını yaratdıq. Bu gün fotoqraflardan restoranlara, korporativ şirkətlərdən frilanserlərə qədər yüzlərlə müştəriyə xidmət göstəririk.
WithQR Skaner Tətbiqini Yüklə — Bütün QR Kodları Skan Et, AR Şəkilləri Canlandır.
Gündəlik QR skaner kimi istifadə edin, WithQR AR kodlarını skan etdikdə isə xüsusi Magic Mode aktivləşsin. Həmçinin birbaşa telefondan öz AR şəkillərinizi yaradın.